Müharibəni başlamaq məqamıdır! – I Yazı

muharibeni-baslamaq-meqamidir-i-yazi
Oxunma sayı: 677

Ermənistan ordusu heç vaxt xüsusi döyüş qabiliyyəti, fərdi və kollektiv qəhrəmanlıq nümunələri, strateji və taktiki bacarığı ilə seçilməyib. Ermənilərin bütün hərbi tarixi qorxaqlıq, xəyanət, başıpozuqluq, arxadan zərbə nümunələri ilə zəngindir, tarix ermənilərin hardasa, hansı döyüşdəsə qələbə çalması ilə bağlı məlumata malik deyil. Ermənilər həmişə kiminsə himayəsinə sığınmış, ya da kimlərinsə sifarişini yerinə yetirərək dinc əhalinin üzərinə yerimiş, kütləvi qətliamlar törətmişlər. Tarix bir nəfər də olsun həqiqi erməni sərkərdəsini tanımır, Çar Rusiyası və Sovet imperiyası dönəmində yüksək hərbi rütbə alan ermənilərin dinc əhaliyə qarşı qəddar cəza əməliyatlarının keçirilməsindən başqa bir xidmətləri olmayıb, həmçinin hərbçi yoldaşlarına qarşı xəyanət, satqınlıq, intriqalarla karyeralarında irəli getməyə çalışıblar. Rusiya, Fransa kimi ölkələrdə bəzi erməni hərbçilərinin müəyyən mövqe tutmalarında xristian təəssübkeşliyi də rol oynayıb. Ermənilər bu və digər ölkələrdə yüksək hərbi rütbələr alıblar, amma onların hansısa xüsusi bacarığı, qabiliyyəti ilə bağlı heç bir fakt məlum deyil. Çox təriflədikləri II Tiqrandı, onun da hərb sənətində bir adı yoxdur. Vardan Mamikonyandı, o da alban əsillidi, ermənilərin xəyanəti nəticəsində elə bir ciddi nəticəyə də nail ola bilməyib. Bütün orta əsrlər boyunca bir erməni sərkərdəsi də yetişdirə bilməyiblər. Çar Rusiyası dövründə ən məşhurları general Mədətovdu, o da dinc əhaliyə qarşı cəza əməliyyatları ilə “məşhur” olub. Andronik, Njde, Dro kimi fəxr etdikləri, abidələrini qoyduqları generallar isə, ümumiyyətlə, insanlıq adına ləkədirlər. Sovet dönəmindəki yüksək rütbəli zabitləri daha çox “dəftərxana generalları” səviyyəsində olublar. Daha çox tanınan Baqramyan isə hərbi göstəriciləri ilə deyil, intriqaları, özündən yuxarı vəzifəli şəxslərin, o cümlədən, azərbaycanlı zabitlərin “donos” və xəbərçiliklə gözdən salınması ilə məşhur olub. Son Qarabağ müharibəsində ermənilərin bir nəfər də olsun azdan-çoxdan fərqlənən hərbi rəhbəri olmayıb. Ermənilər hərb elminin tələblərinə cavab verən bir əməliyyat da həyata keçirə bilməyiblər. Çox öyündükləri Şuşa əməliyyatını ruslar hazırlayıb və həyata keçiriblər. “Komandos” deyib təriflədikləri Ter-Tatevosyan isə Şuşaya rus “ştıkları”nın üstündə girib. Erməni ordusuna bu gün çolaq Ohanyan rəhbərlik edir ki, onun da ən böyük “sərkərdəliyi” Xocalı qətliamında iştirakından ibarətdir.

Mən azərbaycanlılarla erməniləri, onların qabiliyyət və bacarıqlarını, dünyagörüşlərini, tarixdə və indiki zamanda tutduqları yerləri müqayisə etmək fikrində deyiləm, bu, müqayisə olunan məsələlər deyil. Azərbaycanlılar 3 min il ərzində tarix yaradıblar, ermənilər isə kimlərinsə, o cümlədən bizlərin yaratdıqları tarixin küncündə-bucağında, kimlərinsə dünyanı fəth eləyən çəkmələrinin palçığı, çirki-çirkabı olaraq gəlib bu günə çıxıblar, bu gün də kiminsə yanında, böyründə, qoltuğundadırlar. Ona görə də, erməniləri nəinki azərbaycanlılarla, ümumiyyətlə kiminləsə müqayisə etmək böyük qəbahətdir. Amma hərdən müqayisə olunmayanları da müqayisə etmək zorunda qalırsan. Qısaca onu deyim ki, hələ ermənilərin olmadığı bir dönəmdə Azərbaycanın arattalı, kutili, lullubəyli sərkərdələri (e.ə III-II minillik) İkiçayarasını nəzarətdə saxlayırdı, Manna sərkərdələri (e.ə VIII əsr) Assuriya hücumlarına qarşı dayanırdı. Azərbaycan hökmdarı Atropat Makedoniyalı İskəndərin yüksək dəyərləndirdiyi sərkərdələrdən olub, Urnayr Sasani imperiyasına qarşı bacarıqlı sərkərdə kimi vuruşub, Cavanşirin hərbi bacarığı Xilafət və Bizans hökmdarları tərəfindən qəbul edilib. Ermənilərin yox dərəcəsində olduqları orta əsrlərdə Azərbaycan xalqı Babək, Koroğlu kimi xalq sərkərdələrini, Atabəy Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl kimi dünya çaplı hərbi strateqləri yetişdirib. Rus imperiyasının işğalları dönəmində İbrahim xan, Hacı Çələbi xan, Fətəli xan, Cavad xan kimi sərkərdələr meydanda olub. Rusiya imperiyasının dini və milli diskriminasiyasına baxmayaraq, azərbaycanlılar rus ordusunda da yüksək mövqe tutub, Kəngərlinski, Naxçıvanski, Şıxlınski, Mehmandarov kimi generallar öz adlarını rus hərb tarixinə yazıblar. General Həzi Aslanov II Dünya müharibəsinin bacarıqlı strateqi kimi tanınıb. Birinci Qarabağ müharibəsində Valeh Bərşadlı, Məhəmməd Əsədov, Şirin Mirzəyev əsl sərkərdə kimi ad qazanıblar, onlarla komandir xüsusi qabiliyyətləri ilə fərqləniblər. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı erməni ordusunun adı ilə bağlı deyil. Ermənilərin hər hansı döyüşdə qalib gəlmək qabiliyyəti yoxdur. Torpaqların işğalını rus ordusu və xarici muzdlular həyata keçirib. Azərbaycan tərəfindən komandirlərin və əsgərlərin bacarıq və rəşadətinə baxmayaraq, ölkədaxili ictimai-siyasi böhran işğalçı qüvvələri dəf etməyə imkan verməyib. Məğlubiyyətə baxmayaraq, Azərbaycan Ordusunun bir sıra uğurlu müdafiə və hücum əməliyyatları məlumdur. Bunlara 1991-ci ilin Çaykənd, 1992-ci ilin Ağdərə, 1993-1994-cü illərin Beyləqan, Horadiz əməliyyatlarını göstərmək olar.