Mumiyada xərçəng xəstəliyi tapıldı

mumiyada-xerceng-xesteliyi-tapildi-
Oxunma sayı: 671

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Qahirdəki Amerika Univesitetinin professoru Səlimə İkram, portuqaliyalı qrupu ilə birlikdə 2 il müddətində araşdırdıqları təxminən 40 yaşında ölən bir kişinin mumiyasında prostat xərçəngi aşkar etdiklərini söyləyib.

Səlimə İkram bunun prostat xərçəngiylə əlaqədar bilinən ən qədim ikinci hadisə olduğunu deyib. Alim xərçəngə genlərin səbəb olduğu fikrini müdafiə etdiyini bildirib.

Alim deyib ki, qədim zamanlarda həyat şərtləri çox fərqli idi; işlənmiş qidalar və ya ətraf mühitin çirkləndirilməsi faktı mövcud deyildi. “Bu da bizi xəstəliyin, mütləq yalnız sənaye faktorlarla əlaqəli olmadığına inandırır”, -deyə alim qeyd edib.