Müqavimət Hərəkatı enerji problemlərini müzakirə etdi

muqavimet-herekati-enerji-problemlerini-muzakire-etdi
Oxunma sayı: 664

“Qafqazinfo”nun verdiyi məlumata görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
Yığıncaqda ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Respublikada qışa hazırlığın vəziyyətini müzakirə edən DCUMH İdarə Heyəti bəyanat qəbul edib.
Bəyanatda deyilir: “Korrupsiyaya və rüşvətə qurşanmış icra orqanları ənənəvi olaraq yenə də qışa hazırlıqsız olduqlarını göstərdilər. Yol, nəqliyyat, qaz, işıq, su problemləri ilə üzləşən Azərbaycan vətəndaşları aidiyyatı nazirliklərin bir-birini ittiham etməsinin və bir-birinə güc göstərməsinin də şahidi oldular. Bu hal hakimiyyətin tərkibində mərkəzdənqaçma meyllərinin olduğunu və vahid mərkəzdən idarəetmənin olmadığını göstərdi. DCUMH Azərbaycandakı problemlərin qısa zamanda aradan qaldırılmasını hakimiyyətdən tələb edir.”
Yığıncaqda İdarə Heyəti üzvləri arasında iş bölgüsü aparılıb. DCUMH-un Məclisinin ilk sessiyasının 2012-ci ilin mart ayında keçirilməsi qərar alınıb və hərəkatın fəaliyyət proqramı müzakirə edilib.
Qarabağ Forumuna hazırlıqla bağlı DCUMH-un növbəti toplantısı fevral 17-də KXCP-nin mənzil qərargahında keçiriləcəkr.


Sədan