Müsavatçı gənclər bu gün azadlığa çıxırlar

musavatci-gencler-bu-gun-azadliga-cixirlar
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, fevralın 1-də Səbayel rayon məhkəməsinin qərarı ilə 3 sutkalıq inzibati qaydada həbs olunmuş Tural Hacıbəyli və Amid Süleymanov günortadan sonra azad ediləcəklər.

Qeyd edək ki, gənclər AXCP Gənclər Komitəsinin Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı təşkil etdiyi tədbirdən çıxarkən saxlanılmışdılar.

Xatırldaq k, Tural Hacıbəyli ilə Amid Süleymanova qarşı İnzibati Xətalar Məcəlləsinin 296-cı (Xırda xuliqanlıq) və 310-cu (Polisə müqavimət) maddələri ilə ittiham irəli sürülmüşdü.