Müsavatçını işıqpuluna görə döydülər

musavatcini-isiqpuluna-gore-doyduler
Oxunma sayı: 665

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, rayon təşkilatının sədri onu döyənlərin Xəzər rayonu Buzovna qəsəbəsi işıq idarəsinin 4 nəfər əməkdaşı olduğunu deyir: “Səhər saatlarında evdən mənə zəng edib dedilər ki, işığımızı kəsdilər. Evə gəldim ki, işıq idarəsinin 4 nəzarətçisi həyətdədir. Onlara elektrik enerjisinə görə heç bir borcumun olmadığını dedim və ödəniş qəbzlərini saxladığımı bildirdim. Famil adlı yeni nəzarətçi dedi ki, bizi qəbz-filan maraqlandırmır, sənin işığını kəsilməsi barədə göstəriş var. Mən qəbzləri göstərmək və borcum olmadığı halda nə üçün işığın kəsilməsini soruşanda dördü də tökülüşdülər üstümə, məni təpiklədilər, yumruqla vurdular. Əsas aqressivliyi Famil edirdi”.

N.Nəsirli bildirib ki, hadisədən dərhal sonra Buzovna qəsəbəsinin işıq idarəsinə gedib və rəislə görüşüb: “Məsələyə ciddi reaksiya verdilər və dedilər ki, borcun yoxdursa, işığın kəsilməməlidir, Famil və digər qanunsuzluq edən əməkdaşlar isə ciddi cəzalandırılacaq”.
Fatimə