Müxalifət Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaratdı

muxalifet-demokratik-cemiyyet-ugrunda-muqavimet-herekati-yaratdi
Oxunma sayı: 680

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Klassik Xalq Cəbhəsi Partiyasının sədri M. Mirəlioğlu, Aydınlar Partiyasının sədri Q.Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri V. Mahmudov, Liberal-Demokrat Partiyasının sədri F. Əliyev və Azadlıq Partiyasının sədri Ə.Oruc və Vətəndaş Hərəkatı Forumunun təmsilçisi M.Bəhramov iştirakı edib. Yığıncaqda yeni qurumun Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adlandırılması qərara alınıb.

Hərəkatın fəaliyyət istiqamətləri və strukturu ilə bağlı razılaşmalar əldə edilib.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı - siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, istiqlalçı millət vəkillərinin və ziyalıların iştirakı ilə 2012-ci il yanvar ayının 12-də saat 16-da keçiriləcək.