Müxalifət düşərgəsi dağıdıldı

muxalifet-dusergesi-dagidildi
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Tvitter” istifadəçilərindən biri yayıb.

Xəbər verilir ki, müxalifət düşərgəsnin dağıdılması üçün keçirilən əməliyyatda onlarla etirazçı həbs olunub.

Başqa bir məlumata görə, həbs olunanların sayı 30 nəfərdən artıqdır. “İnterfaks” isə hüquq mühafizə orqanlarına istinadən 20 nəfərin saxlanıldığını xəbər verir.

Meydan ətrafında yaşayan sakinlər müxalifətçilərdən səs-küy salmaları, antisanitariya halları yaratdıqları üçün şikayətçi olublar.

Mayın 16-17-də Moskva polisi Kudrin meydanında müxalifətçilərin saxlanılması üçün əməliyyat keçirib. “Həmrəylik” hərəkatının lideri İlya Yaşinə 10 sutkalıq inzibati qaydada cəza verilib.