“Müxalifət yürütdüyü siyasəti dəyişməlidir” - Mövqe

muxalifet-yurutduyu-siyaseti-deyismelidir-movqe
Oxunma sayı: 675

“Mən artıq bir neçə ildir təklif edirəm ki, müxalifət yürütdüyü siyasəti dəyişməlidir. Təəssüflər olsun ki, bu sahədə ciddi irəliləyiş olmayıb. Azərbaycan müxalifətində yaradıcılıq, novatorluq, irəliyə baxış, siyasətini dünyada gedən proseslərə uyğun dəyişdirmək potensialı çox aşağıdır. 1988-ci ildə hansı mübarizə üsulu, şüarlar və reseptlər var idisə, bu gün də həmin taktikadan, həmin şüarlardan istifadə olunur”, - partiya sədri əlavə edib.

Onun sözlərinə görə, 1988-ci ildə sovet hakimiyyətinə qarşı istifadə edilən siyasi metodlar hazırkı situasiyada effektiv ola bilməz.

“Dünya sürətlə dəyişir. Son bir neçə ildə qloballaşma böyük dəyişikliklərə gətirib çıxarıb və bu dəyişikliklər də sürətlə gedəcək. Azərbaycan müxalifəti də bu dəyişikliyə uyğun olaraq siyasət müəyyənləşdirməlidir”, - ADP sədri vurğulayıb.

Müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli ADP sədrinin fikirləri ilə razılaşmır. O, Trend-ə açıqlamasında bildirib ki, müxalifətin iqtidara qarşı mübarizəsində əvəzedilməz elementlərin mövcudluğu tamamilə təbiidir.

“Elə situasiyalar var ki, həmin situasiyalarda effekt verə biləcək üsulları dəyişməyə ehtiyac yoxdur. Bu gün aparılan mübarizənin 1988-ci ildəkinin analoqu olduğunu söyləmək, ən yaxşı halda, siyasi prosesləri dərk etməməkdən və yaxud müxalifətin fəaliyyətinə kölgə salmaq məqsədlərindən qaynaqlanır. Ən azı, ona görə ki, zaman dəyişib”, - Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, indiki mübarizə üsulu ilə 1988-ci ildəki mübarizə üsulu arasında çoxlu sayda dəyişmiş komponentlər var. AXCP funksioneri deyib ki, hazırkı dövrdə Azərbaycan müxalifəti kortəbii fəaliyyət səviyyəsindən partiyalaşma, strukturlaşma səviyyəsinə keçib.