“Nabucco”nun adı dəyişdiriləcək

nabucconun-adi-deyisdirilecek
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, nazir, “Nabucco” layihəsinin ləğv olunması ilə bağlı fikirlərlə razılaşmadığını deyib. O, layihənin bitmədiyini, lakin konsepsiyasının və adının dəyişəcəyini vurğulayıb.

Nazir Yıldız “Financial Times” jurnalına verdiyi müsahibəsində TANAP olaraq tanınan boru xəttinin Azərbaycan-Türkiyə sərhədindən başlayıb Avropa bazarına çıxan digər bir boru xətti ilə birləşdirilməsinin reallığa daha yaxın olduğunu vurğulayıb: “Layihə bəlkə də Qərb Nabucco şəklində daha qısa və kiçik bir boru xətti kimi, Azərbaycandan daha çox, Bolqarıstan-Türkiyə sərhədindən başlayan bir layihə kimi davam etdirilə bilər”.

Layihənin adının nə olmasından asılı olmayaraq, nazir belə bir boru kəmərinin reallaşdırılmasının daha önəmli olduğunu qeyd edib. Yıldız layihənin həyata keçirilməsində əsas problem kimi belə bir boru xətti layihəsində ilk olaraq mənbələrin tapılmasının lazım olduğunu, lakin “Nabucco”da həmin mənbələrin təsdiqlənməməsini göstərib.

Yıldız bunun müqabilində Azərbaycan və Türkiyə arasında keçən il əldə olunan razılıq əsasında boru xəttinin çəkilişi ilə bağlı müzakirələrin iyunun sonuna kimi başa çatacağını deyib. O, “Şahdəniz” layihəsi üçün də heç bir problemin olmadığını bildirib.

Səidə