Nahid Canbaxışlı sayt yaratdı

nahid-canbaxisli-sayt-yaratdi
Oxunma sayı: 3349

“Qafqazinfo”nun məlumatına görə, N. Canbaxışlı saytın nə müxalifətin, nə də iqtidarın tərəfini saxlamaycağını, doğru və dürüst informasiyaların çatdırılacağını bildirib: “Hər bir həmkarım kimi mən də uzun illərdi Azərbaycanda milli mətbuatın inkişafı istiqamətində üzərimə düşən məsuliyyətdən yola çıxaraq xalqıma və dövlətimə xidmət etməkdəyəm. “Rezonans” qəzetindən başlanan jurnalistika həyatım bu gün “Həftə-içi” qəzetinin parlament müxbiri olaraq davam etməkdədir. Son illər Azərbaycanda virtual medianın inkişafı yönündə görülən işlər və bu məkanda yeni-yeni xəbər portalları açaraq oxucuların qarşısına çıxan həmkarlarımı ürəkdən təbrik edirəm. Mən də artıq bir neçə aydır ki, virtual mediada yer almaq arzumu gerçəkləşdirərək “Vətəninfo.az” internet qəzetini yaratmağa başlamışam. İnşallah önümüzdəki Mart ayı içərisində dəyərli oxucuların hüzuruna yeni yaradıcı kollektivlə çıxacam. İlk olaraq sizlərə bəyan edim ki, “Vətəninfo.az” hər hansı bir məmurun arxa baxcası olmayacaq və iddia olunduğu kimi müxalifət düşərgəsinin əleyhiə kompaniya aparacaq bir məkana çevrilməyəcək. “Vətəninfo.az” Azərbaycan dövlətçiliyinin qorunması və xalqımın daha da xoşbəxt yaşaması yolunda mübariz bir internet qəzeti olacaq. Bu məkanda xalqa qarşı haqsızlıq edən, şəxsi maraqlarını, qurp maraqlarını millətin və dövlətin maraqlarından üstün tutan insanlara qarşı xalqın tirbunası olacaq. Saytın yaradıcısı və rəhbəri olaraq bir daha bəyan edirəm ki, “Vətəninfo.az” saytının yaradılmasında hakimiyyətdə olan hər hansı bir məmurun hansısa bir rolu yoxdur. Maliyyə və iş imkanlarına gəldikdə isə bunu şəxsən daxili imkanlarımla qarşılayacam və “Vətəninfo.az” xalqı və dövləti üçün həyatı məşəl kimi alışıb yanan insanların məkanı olacaq. Biz bu yola Vətənimiz Azərbaycanı daha da firavan görmək üçün çıxdıq”.

Sədan