NATO aviasiyası dinc sakinləri bombaladı

nato-aviasiyasi-dinc-sakinleri-bombaladi
Oxunma sayı: 717

Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, nəticədə 6 uşaq, 1 yaşlı dinc sakin ölüb.

Qəndəhar qubernatorunun nümayəndəsi bildirir ki, NATO yollara mina düzən 5 yaraqlını təqib edirmiş. Onlardan biri öldürülsə də, digərləri yaxınlıqdakı kəndə qaçaraq orada gizlənib. Yaraqlıların zərərsizləşdirilməsi üçün kəndə endirilən zərbələr isə uşaqların ölümünə səbəb olub.

Məsələyə Əfqanıstan prezidenti Həmid Kərzai şəxsən münasibət bildirib. O, baş verənlərin diqqətlə araşdırılmasını tapşırıb.

NATO da öz növbəsində insidentlə bağlı araşdırmaya başlayıb.