Nazir bacıları

nazir-bacilari
Oxunma sayı: 674

Ən əvvəl nazir yaxını, bacısı olmaq böyük məsuliyyət və narahatçılıqdır. Hamının gözu önündə işləmək, ondan çox şeyin gözlənilməsi, daim izlənilməsi və.s. Ya da bunun əksinə, onun ayağının yer alması, “mənə hər şey olar” deməsi.

Bizim bacılar hansı xüsusiyyətləri vacib hesab edir?
Nəqliyyat naziri Ziya Məmmədovun bacısı haqqında rüşmət, pul yığmaq söhbətləri illərdir ki davam edir. Örta məktəbi “Tərəqqi” texniki humanitar liseyinə çevirmək bacı Məhbubə Məmmədovanın “işi”nə bir az da əlavələr edib. Burada tərəqqinin hansı istiqamətə yön alması məlum məsələdir. Etiraf edək ki, bizim məktəblərin durduğu yerdə orta məktəb statusundan lisey pilləsininə qalxmasının yalnız bir məqsədi var. Təhsil ocağının bir az da nüfuzunu qaldırmaq, təhsilin səviyyəsi əvəzinə pul qazanmağın yeni yollarını kəşf etməkdir. Mövzudan uzaqlaşmadan qeyd edim ki, “Tərəqqi” liseyinin direktoru haqqında edilən şikayətlərə baxmayaraq, bir neçə il əvvəl Məhbubə Məmmədova “əməkdar müəllimə” adını alıb. Amma bu ad belə onun əməllərinə “stop” deməyə bəs etməyib. İş o yerə çatıb ki, indi liseyin direktorundan şikayətlər ölkə prezidentinə yönəldilib. Belə də olmalıdır. Bu Təhsil Nazirliyinə olan sonsuz “etimad”ın nəticəsidir. Fikir verək, liseyin şagirləri, valideynləri hardasa bir ağızdan Məhbubə müəllimənin direktorluq vəzifəsindən sui istifadəsini deyir. Burada təhsil alan şagirdlərin də giley-güzarı saysızdır. Amma vəziyyətə Misir Mərdənovun cavabı nə olur? “Mən o müəlliməni tanıyıram, onun bu hərəkətinə inanmaq istəmirəm”. Sadəlövh münasibətdir. Neçə yəni? Heç olmazsa, nazirimiz “vəziyyəti öyrənərik, araşdırma apararıq” fikrini də bizə çox görür. Kiməsə inanmaq? Eh, vaxtiylə günümüzün “qəhrəmanı” Gülər Əhmədovaya da məni kimiləri çox inanmışdı. O, efir-ekrandan, Milli Məslisin zalında müəllim olmasa belə, rüşvətə, vicdansızlığa qarşı səsləyən çağırışlar edir, bizə dərslər verirdi. Nəticədə maskasını düşürdülər, onun “alqı-satqı”məsələlərində usta olduğu bütün Azərbaycana nümayiş olundu. “Oskar”lıq oyunu ilə hamımızı mat qoydu. Bir də ölkənin yarıdan çoxusu “müəllim”lik etməyə qadirdir. Təhsil Nazirliyi idarəsinə tabe olmasa belə.

Bu arada kiçik bir araşdırmadan heç gözləmədiyim məqam ortaya çıxdı. Təhsil Nazirimizin də bacısı haqqında “pul götürən” fikri söyləyirlər. Suğra adlı müəllimə kimya-biologiya müəlliməsi kimi illərdir, Asəf Zeynallı adına orta-ixtisas musiqi məktəbində dərs verir. Hazırda bu məktəb Milli Konservatoriyanın nəzdnində Musiqi kolleci kimi fəaliyyət göstərir. Adını vermək istəməyən kollecin tələbəsi “Suğra müəllimə pulsuz zaçot yazmır ki, adama” deyir. Elə bu müəllimə haqqında ordan-burdan eşitdiyim rəylər də bunabənzər fikir söyləməyə əsas verir. Bir tərəfdən də Musiqi Kollecində Suğra müəllimənin artıq işləmədiyini deyirlər. Bu da yəqin onun yeni təyinatı ilə bağlıdır. Ya da, altmış-beş məsələsi ona da şamil edilib. Baxmayaraq ki, Təhsil Nazirinin bacısıdır. Bütün hallarda müəllim adına hörmətim səbəbindən Suğra müəllimə haqqında deyilənləri qeyd etmək istəməzdim. İnsafla deyək ki, yaxşı müəllimlərimiz hələ ki fəaliyyət göstərir. Suğra müəlliməyə gəlincə, yaşlı insanın yaxın keçmişdəki əməllərini sadalamaq yersiz olardı. Dünən peşə bayramını qeyd edən müəllimlərin xatirinə.

Sözümün canı odur ki, təhsil ocaqlarındakı şikayətlər bir xəbər kimi oxunur, oxunmur, kənara atılır. Camaat öz arasında bunu müzakirə edir, bunula da iş bitir. Təhsil Nazirliyi müəllimlərini, direktorlarını güya süzgəcdən keçirir və onların üzərinə “etibarlı” etiketi “vurur.” İş belədirsə, onda səsimizi kəsməliyik. “Bizim təhsilimizdən yoxdur” deməliyik, vəssalam.