Nazir minumum əmək haqqının artırılma tempini açıqladı- Rəqəmlər

nazir-minumum-emek-haqqinin-artirilma-tempini-aciqladi-reqemler
Oxunma sayı: 687

“Hazırda biz iqtisadiyyatın sektorlarından asılı olaraq minimum əməkhaqqının məbləğini müəyyən etmək haqqında düşünürük”, - Ələkbərov deyib.

Onun sözlərinə görə, indi layiqli əməyin təmin olunmasına dair Dövlət Proqramının ikinci mərhələsini hazırlanması üzərində iş gedir.

“2007-2010-cu illərdə biz bu proqramın birinci mərhələsini reallaşdırmışıq. Həmin proqram çərçivəsində əmək qanunvericiliyinə çoxlu sayda dəyişiklik edilib ki, bu da həmin proqramın nailiyyətlərindən biridir”, - nazir deyib.

Onun sözlərinə görə, birinci mərhələ çərçivəsində Azərbaycanda peşə standartlarının hazırlanmasına başlanılıb.

Baxılmaq üçün Milli Məclisə təqdim edilmiş 2012-ci il və daha sonrakı üç il üzrə dövlət büdcəsi layihəsində göstərildiyi kimi, 2012-ci ildə minimum əməkhaqqı artırılacaq. Proqnozlara görə, onun həcmi 2010-cu və 2011-ci illərdəki 85 manat səviyyəsindən 93,5 manata çatdırılacaq. 2013-cü ildə bu göstəricinin 120,2 manata, 2014-cü ildə 127,7 manata, 2015-ci ildə isə 140 manata çatdırılması proqnozlaşdırılır.

Hazırda minimum əməkhaqqının diferensiallaşdırılması sistemi əsasən Avropa ölkələrində tətbiq olunur. O cümlədən, AFR-də, İtaliyada, İsveçrədə, Avstriyada, Norveçdə, Danimarkada, İrlandiyada ümumilli minimum əmək haqları müəyyən edilmir. Minimum əməkhaqqının böyüklüyü ayrı-ayrı sahələr səviyyəsində, hər şeyən əvvəl həmkarlar ittifaqları ilə işəgötürənlər arasında sahəvi kollektiv sazişin bağlanması zamanı müəyyən edilir.

Bir sıra ölkələrdə minimum əməkhaqqının məbləğinin dəyişdirilməsi haqqında qərar xüsusi sahə şuraları tərəfindən qəbul edilir. Hazırda bu qrupa Almaniya, İtaliya, Avstriya, İsveçrə, Böyük Britaniya, eləcə də Skandinaviya ölkələri daxildir. İki ölkədə, yəni Belçika və Yunanıstanda aralıq model fəaliyyət göstərir ki, həmin model üzrə əməkhaqqının minimum məbləği hər il bağlanan ümumilli kollektiv sazişə əsasən müəyyən edilir. Lakin bu zaman əməkhaqqının minimum məbləği barədə əldə olunan razılaşma təkcə həmkarlar ittifaqlarının üzvlərinə deyil, iqtisadiyyatla məşğul olan hər kəsə (Yunanıstanda yalnız özəl sektor) şamil edilir.