Nazirliklər hakerlərə qarşı araşdırmalara başladılar

nazirlikler-hakerlere-qarsi-arasdirmalara-basladilar-
Oxunma sayı: 645

Hakerlər saytları Azərbycanda antiislam siyasəti aparılmasına etiraz əlaməti kimi dağıtdıqlarını bəyan ediblər.

Artıq Daxili İşlər Nazirliyi (DİN) rəsmi saytının dağılması ilə bağlı araşdırmalara başlayıb. Bu barədə “Qafqazinfo”ya DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Onun sözlərin görə, hazırda həmin təmsil olunduğu qurumun saytına hücumla bağlı ciddi araşdırmalar aparılır, nəticələri haqqında məlumatlar ictimiyyətə açıqlanacaq.

Rabitə və İnformasiya Texologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da “Qafqazinfo”ya açıqlamasında hazırda mütəxəssislər tərəfindən araşdırmalara başlandığını, hələlik heç bir ipucu əldə edə bilmədiklərini deyib: “Bizim mütəxəssislər ciddi şəkildə çalışırlar. Yəqin ki, bu barədə ictimiyətə lazımı açıqlamalar veriləcək” .