“Neftçi” azarkeşlərə yalvardı

neftci-azarkeslere-yalvardi-
Oxunma sayı: 715

«Türkiyə və Avstriyada təlim-məşq toplanışı keçən komandamız güclü klublarla yoxlama görüşündə qüvvəsini sınayıb. Flaqman Avstriyada Çexiya və Albaniya çempionları, eləcə də Rumıniya vitse-çempionu ilə qarşılaşıb. Bir sözlə, "Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə oyunları üçün maksimal dərəcədə hazırlıq keçib».

Müraciətdə deyilir ki, bununla belə, "ağ-qaralar" püşkün bəxş etdiyi Avropanın güclü komandalarından biri - Xorvatiya çempionu "Dinamo" ilə iyulun 13-də keçirilən səfər oyununda acınacaqlı hesabla məğlub olub: «Buna görə də məşqçilər korpusu və futbolçular adından futbol ictimaiyyəti, kütləvi informasiya vasitələri, eləcə də azarkeşlərə üzrxahlıq edərək, bildiririk ki, iyulun 19-da baş tutacaq cavab oyununda məğlubiyyətin əvəzini layiqincə çıxmağa çalışacağıq. Sizlərdən "Neftçi"yə bu yolda yardımçı olmağı, sevimli və doğma komandanızı sonadək dəstəkləməyinizi xahiş edirik.

"Neftçi" PFK olaraq iyulun 19-da "Dinamo" ilə keçiriləcək cavab oyununda komandamızın gözəl oyun göstərərək, məğlubiyyətin əvəzini layiqincə çıxacağına inandığımızı bildiririk».