Neftçi - İnter qarşılaşmasında biletləri kim baha satır?

neftci-inter-qarsilasmasinda-biletleri-kim-baha-satir
Oxunma sayı: 654

Həmin məlumatlarda qeyd olunur ki, 1 qrup insan 2, 5 manatlıq biletləri alaraq onları baha qiymətə ( 2 manatlıq bileti 6-7 azn-ə, 5 manatlıq bileti 8-9 azn-ə) satır. Hətta bu məlumatlarda AFFA-nın məsələdən xəbərdar olduğu və buna şərait yaratdığı da iddia olunur.

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bilet satışına AFFA-nın nəzarət etmədiyini bildirib: “Bilet satışına klub özü nəzarət edir. Sadəcə olaraq satış məsələsində AFFA-nın mexanizmindən istifadə edirlər”.

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə bilətlərin satışı ilə onların məşğul olmadığını deyib: “Biz sadəcə biletləri satışa çıxarmışıq və bu biletləri satmaq üçün firma ilə müqavilə imzalamışıq. Biletlərin satışı ilə həmin firma (qeyd edək ki, firmanın adı açıqlanmayıb) məşğul olur. Bu məsələdə nə AFFA, nə də “Neftçi” məsuliyyət daşımır. Çünki bizim bu işdə marağımız olsaydı, biletlərin qiymətini əvvəlcədən baha olaraq müəyyənləşdirirərdik”.

Gündüz Abbaszadə ucuz biletləri kassadan alaraq daha sonra baha qiymətə satanların şəxsi alverçilər olduğunu deyib. Mətbuat xidmətinin rəhbəri açıqlamasında belə qeyri-qanuni halların yaşanmaması üçün aiddiyyatı qurumları mübarizəyə səsləyib: “Bir qrup şəxsi alverçi oyuna olan marağı bilir və xalqın marağından istifadə edir. AFFA-nın da, bizim də istəyimiz budur ki, belə hallara yol verilməsin. Çünki bu alıcının hüququnun pozmaqdı və vergidən yayınmaqdı. Biletlərin qeyri-qanuni satışı ilə biz də mübarizə aparmaq istəyərik və bunun üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq”.

Sevinc