Norveçdəki qətliamın dəhşətli filmi - Video

norvecdeki-qetliamin-dehsetli-filmi-video
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, rus rejissor Vitalyi Versaceyə aid film Norveçdə baş verən son qətliamı özündə əks etdirib. Qatilin qaçmağa çalışan gənclərə soyuqqanlı şəkildə atəş açmasını göstərən, qışqırıqların eşidildiyi qanlı səhnələr norveçlilərdə şok effekti yaradıb.

Verdens Gang qəzetinin verdiyi xəbərə görə, qətliamın üstündən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, yayımlanan görüntülərdən narahat olan Oslo polisi filmi istehsal edən şirkətdən fraqmentləri yayımdan yığışdırmağı tələb edib.

Youtube isə fraqmentlərin saytın qaydalarına zidd olmadığını bildirib.

Prodüser Corc Anton filmi silah qanunlarını möhkəmlətmək üçün çəkdiyini söyləsə də, xüsusilə qətliamın qurbanlarının ailələri və sağ qalmağı bacaranlar filmin dayanılmaz faciə olduğunu ifadə ediblər.
.

island.flv