Obama əmisinə sahib çıxmadı

obama-emisine-sahib-cixmadi
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəsmisi Jay Carney alkoqollu avtomobili idarə etməkdə ittiham olunan Onyango Obamaya xüsusi rəftar edilməyəcəyini açıqlayıb. O bildirib ki, Onyango Obama ABŞ-da qeyri-qanuni miqrant olub. Onun sözlərinə görə, əmi ilə bağlı prosesə də digər immiqrantlar kimi baxılacaq.

Xatırladaq ki, Obamanın əmisi Onyango Obamanın keçən həftə Massaçusets əyalətindəki qaçqın bürosu səlahiyyətliləri tərəfindən alkoqollu avtomobil idarə tdiyi üçün polis tərəfindən saxlanılıb. Keniya əslli Onyango Obamanın ABŞ prezidentinin atasının ögey qardaşı olduğu bildirilir.