Boğub öldürdülər

bogub-oldurduler
Oxunma sayı: 1293


Trend xəbər verir ki, sentyabrın 15-də axşam saatlarında Cəlilabad rayonunda 1980-ci il təvəllüdlü Mirzəyev Elnur Mirzə oğlu 1995-ci il təvəllüdlü Bayramov Niyaməddin Eyyub oğlunu öldürüb. Mirzəyev rayonun Cəlair kəndindən təxminən 1 km aralıda şəxsi münaqişə zəminində baş verən dava zamanı şalvarının bel kəməri ilə Bayramovu boğaraq öldürüb.

Faktı Trend-ə Cəlilabad Rayon Prokurorluğundan da təsdiq ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.