Boliviyanın XİN rəhbəri Azərbaycana gəlir

boliviyanin-xin-rehberi-azerbaycana-gelir
Oxunma sayı: 848

Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani avqustun 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, F.Uanakuni Mamani səfər çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Nazirlər Azərbaycan və Boliviya hökumətləri arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.