Bolt Avstraliya klubu ilə razılaşdı

bolt-avstraliya-klubu-ile-razilasdi
Oxunma sayı: 4255

Əfsanəvi sprinter Useyn Bolt futbol karyerası yaşamaq üçün bu dəfə Avstraliyaya üz tutub.

“Qafqazinfo” xəbər verir ki, yamaykalı idmançı “Mariners” klubunda məşqlərə çıxacaq.

Onun performansı məşqçilər korpusunu razı salsa, müqavilə imzalanacaq.

Qeyd edək ki, 31 yaşlı sprinter daha öncə Dortmund “Borussiya”sında məşqlərə çıxıb.