“Ömərov haqqında çirkin epitetlər yolverilməzdir” – YAP-ın deputatı

omerov-haqqinda-cirkin-epitetler-yolverilmezdir-yap-in-deputati-
Oxunma sayı: 881

Bu sözləri “Qafqazifo”ya göndərdiyi açıqlamada YAP-çı deputat Aydın Mirzəzadə Fəzail Ağamalı ilə İsmayıl Ömərov arasında yaranan gərginliyi şərh edərkən deyib. A. Mirzəzadə bildirib ki, ilk gündən telekanala təcrübəli telejurnalistlərin dəvət edilməsi onun reytinqinin yüksək olmasına səbəb olub: “İctimai televiziyanın uğurlarında onun baş direktoru, keçmiş deputat İsmayıl Ömərovun xidmətləri böyükdür. O həyatı və fəaliyyəti ilə Azərbaycan cəmiyyətində nüfuz qazanmış bir ziyalıdır. Onun haqqında çirkin epitetlərin yayılması yolverilməzdir və mən bunu pisləyirəm. Hesab edirəm ki, Azərbaycan teleməkanına yeni nəfəs gətirən, yeni bir teleməktəb açan insanın adını ləkləməyə çalışmaq baş tutmayacaqdır”.

Qeyd edək ki, Milli Məclisin sonuncu iclasında AVP sədri Fəzail Ağamalı İTV-nin baş direktorunu kəskin tənqid edərək onu diktatura yaratmaqda ittiham edib. F. Ağamalı İ.Ömərovun rəhbərlik etdiyi İTV-nin cəmiyyətin problemlərini obyektiv işıqlandırmamaqda suçlayıb.

İ. Ömərov isə F. Ağamalının cavabını şəxsən verməklə kifayətlənməyib. Ona qarşı bir çox həmkarlarından, hətta F. Ağamalının müavini Zahid Orucdan da münasibət öyrənilib. Bu yolla F. Ağamalının fikirlərinin əsassız olduğu sübut edilməyə çalışılıb.