Borcu olanların işığı kəsiləcək

borcu-olanlarin-isigi-kesilecek-
Oxunma sayı: 646

“Qafqaznfo”nun məlumatına görə, “Bakıelektrikşəbəkə”ASC üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyalarda əsalı təmir, yenidənqurma işləri, elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması, elektrik veriliş xətlərinin təmiri və sairə kimi tədbirlər yerinə yetirilməkdədir.

Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtli vaxtında ödəmirlər.

“Bakıelektrikşəbəkə” ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 18 yanvar 2012-ci il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.