Boulinqdə qalib olan “Qafqazinfo”nun əməkdaşına BMW verildi

boulinqde-qalib-olan-qafqazinfonun-emekdasina-bmw-verildi
Oxunma sayı: 652

Park Bulvar-ın PR meneceri Günay Malikqızı yerli medianın tanınmış simalarını bir araya gətirərək boulinq yarışı keçirib. Yarışda Xəzər TV-nin əməkdaşı Vamiq Nəsirov birinci, Lider TV-nin aparıcısı Mehman Mehdiyev ikinci, gənc həmkarımız Dado isə üçüncü yerə sahib olub.

Park Bulvar AVM-də fəaliyyət göstərən Debenhams mağazasının hədiyyəsi birinci və ikinci yer sahiblərinə, BMV mağazasının hədiyyələri isə 3-cü və qızlar arasında ən çox xal toplayan “Qafqazinfo”nun əməkdaşı Nigar Məmmədliyə təqdim olunub.

Oyundan sonra Park Cinema jurnalistlər üçün "Qırmızı İşıqlar" filminin premyerasını keçirib.