“Özlərini bizim yerimizə qoysunlar” - Zəlzələ görənlər

ozlerini-bizim-yerimize-qoysunlar-zelzele-gorenler
Oxunma sayı: 672

Zəlzələ nəticəsində rayonda 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətə düşüb. Xoşbəxtlikdən zəlzələ gündüz saatlarında baş verib və bu səbəbdən insan ölümü və ciddi xəsarət qeydə alınmayıb.


Zaqatalanın Çobankol kənd sakinləri “Deyerler.org”a bölgədəki vəziyyətlə bağlı məlumat veriblər. Kənd sakinləri bildirirlər ki, onların yaşadıqları kənd zəlzələdən ən çox zərər çəkmiş ərazilərdəndir. “Buradakı bütün evlər qəzalı vəziyyətə düşmüşdü. Komissiya evlərimizə baxış keçirdikdən sonra bəzi qəzalı evlərə təmir yazdı. Halbuki, orada yaşamaq çox təhlükəlidir. Hazırda evləri uçmuş şəxslərə yeni evlərin tikintisi zəif də olsa başlayıb. Digər zərərçəkmiş kəndlərdən fərqli olaraq, bizdə işlər gec başladı. Hələ də insanlar çadırlarda qalır. Burada axşamlar havanın hərarəti aşağı düşür. Uşaqlarımız yayın ən isti vaxtında belə xəstələnirlər. Yağış yağanda isə vəziyyət daha da çətinləşir. Aidiyyəti qurumlardan xahişimiz budur ki, bizim evlərin tikintisini sürətləndirsinlər. Özlərini bizim yerimizə qoysunlar”.