Paytaxtda üç avtomobil toqquşdu

paytaxtda-uc-avtomobil-toqqusdu
Oxunma sayı: 700

Hadisə zamanı Zığ-Hövsan yolunda şəhərdən Hövsan qəsəbəsi istiqamətində hərəkət “Vaz 21011” və “Vaz 2106” markalı minik maşınları əks istiqamətlə hərəkət edən “Vaz 2115” markalı avtomaşınla toqquşub.

Avtomobillərin toqquşması nəticəsində “Vaz 2115” və “Vaz 2106” markalı maşınların sürücüləri müəyyən xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar. Yol qəzasının baş vermə səbəblərini Suraxanı rayon polis idarəsinin və Dövlət yol polis şöbəsinin əməkdaşları araşdırır. İlkin versiyaya görə hadisə, Hövsandan üzü şəhər istiqamətində hərəkət edən “Lada”nın qarşı yola çıxması nəticəsində meydana gəlib.

Hadisə şahidləri isə bildirir ki, yolun qaranlıq və ensiz olması daima sürücülər üçün təhlükə yaradır və çox vaxt ağır yol qəzalarına səbəb olur.

Faktla bağlı araşdırmalar aparılır. Sürücülərin ifadələri alınmaqla yanaşı, iş üzrə müvafiq ekspertizaların təyin ediləcəyi də istisna edilmir.

ANS TV