Pərviz Həşimli Ramil Usubovla görüşüb

perviz-hesimli-ramil-usubovla-gorusub
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Pərviz Həşimli insan hüquq və azadlıqları ilə bağlı bəzi problemləri nazirin diqqətinə çatdırıb. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsini Fransaya aparması ilə bağlı narahatlığı da DİN rəhbərinin diqqətinə çatdıran P. Həşimli jurnalistlərlə bağlı bəzi problemləri qabardıb. O həmçinin, bir qrup hüquq müdafiəçisinin Naxçıvana gözlənilən səfəri zamanı onların təhlükəsizliyinə təminat verilməsini R. Usubovdan xahiş edib.

Öz növbəsində R. Usubov Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyinə dövlət tərəfindən təminat verildiyini deyib. Nazir polis tərəfindən insan hüquqlarının qorunduğunu və ortaya çıxan hər hansı bir problemi diqqətində saxladığını bildirib.