Polislərə yeni avtomobil verildi

polislere-yeni-avtomobil-verildi
Oxunma sayı: 704

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Azərbaycanın Dövlət Müstəqiliyinin 20 illiyi ərəfəsində DİN-in Baş Mühafizə İdarəsinə xidməti istifadə üçün 30 ədəd Almaniya istehsalı olan “Wolksvagen-Polo” markalı avtomobillər verilib.

Nazirlik rəsmisinin sözlərinə görə, yüksək manevr imkanlarına və az yanacaq sərfiyyatına malik olan yeni avtomobillər ictimai asayişin təmini, mühafizə xidməti əməkdaşlarının operativ və səmərəli fəaliyyəti üçün əlavə imkan yaradır.

E.Zahidov qeyd etdi ki, yeni avtomobillər Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran şəhərlərinin mühafizə xidmətlərinin əməkdaşlarına verilib. Gələcəkdə digər rayonların da bu cür avtomobillərlə təmin olunması işi davam etdiriləcək.

E.Zahidov vurğuladı ki, bu Ali baş komandanın daxili işlər orqanlarına yüksək diqqət və qayğısının, eyni zamanda ölkəmizin iqtisadi gücünün getdikcə artmasının göstəricisidir.