Qadın boksçulara yubka geyinməyə icazə verildi

qadin-boksculara-yubka-geyinmeye-icaze-verildi-
Oxunma sayı: 641

“Qafqazinfo”nun xarici KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir qərarı Beynəlxalq həvəskar boks assosiasiyasının icraiyyə komitəsinin iclasında qəbul edilib.
Bu qayda tələb və məsləhət xarakteri daşımır. Yeni qaydalarda deyilir ki, qadınlar rinqə şortda, yaxud ətəkdə çıxa bilərlər. Burada ətəyin uzunluğu ilə bağlı hər hansı məhdudiyyətlər göstərilmir.
Qeyd edək ki, keçən illərdə Polşa və Rumıniya idmançıları ətəkdə rinqə çıxsalar da Beynəlxalq Boks Federasiyası indiyə qədər buna rəsmi münasibət bildirməmişdi.


Səidə