Qarabağ blokunun ziyarətində izdiham yaşandı

qarabag-blokunun-ziyaretinde-izdiham-yasandi
Oxunma sayı: 635

Ümid Partiyasının sədri, Millət vəkili İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlunun öncəliyində ziyarətə axışan insanlar izdiham yaratdılar. Şəhidlərin 22 ilində onlara könül borcunu verməyə gələn qırmızı qərənfilləri onların məzarları üstünə düzdülər. Yenə də sözün bitdiyi an idi. Qara Yanvar Şəhidlərinin xatirəsini anmaq üçün Qarabağ blokunun adından hazırlanmış əklili abidənin önünə qoyan partiya liderləri Şəhidlərin ruhu önündə baş əydilər. Havanın soyuq olmasına baxmayaraq, izdihamla keçən ziyarət Şəhidlərin ruhuna dualar oxunduqdan sonra sona çatdı.