““Qarabağ” xal itirsə...” – Müsahibə

qarabag-xal-itirse-musahibe
Oxunma sayı: 642

- “Qarabağ”la oyun öncəsi nə deyə bilərsiniz?
-Biz həmişə oyunlara qələbə qazanmaq məqsədi ilə çıxırıq. Bu oyunda da belədir.

- AZAL-ı liderlikdən yalnız 3 xal ayırır. Buna görə də sizə qələbə son sıralarda olan klublardan daha çox lazımdır....
- Qələbə hər bir komandaya lazımdır. Hər bir klubun öz məqsədi var. Bizim də məqsədimiz qələbə qazanmaqdır. Çempionatdakı məqsədimiz isə ilk altılığa düşməkdir. Düşünürəm ki, bu oyunda “Qarabağ” da öz məsuliyyətini dərk edir. Çünki bizimlə oyunda “Qarabağ” xal itirsə, artıq bizdən xeyli geridə qalacaq. Oyun maraqlı, bir o qədər də ağır keçəcək.

- “Qarabağ”ın heyətində zədəlilər var, müdafiədə boşluq yaranıb. Bu boşluqdan necə yararlanmağa çalışacaqsınız?
- Klubda zədəlilər bir o qədər də çox deyil. Maksim Medvedevin də cəzası artıq bitib. Çempionluğa oynayan hər bir komandada futbolçuların əvəzediciləri olmalıdır. “Qarabağ”da da belədir. Rəqib klub bu boşluğu dolduracaq.

- Bəs sizin heyətdə zədəlilər var?
-Z ədəlilərimiz var. Amma zədələri güclü deyil. Bizim hələ bir gün vaxtımız var.

- Rəqibinizi necə qiymətləndirirsiniz?
- “Qarabağ” Azərbaycanın ən gözəl, ən güclü komandalarından biridir. Bu klubun öz dəsti-xətti var. Özünü Avropada tanıtdıran klubdur. Baxmayaraq ki, hazırda bu klub mənim rəqibimdir, ancaq mənim “Qarabağ”a simpatiyam var.

Sevinc Mənsimli