Qarğalardan deputatlara hücum

qargalardan-deputatlara-hucum-
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qarğalar ayaqlarında daşıdıqları daşları deputatların maşınlarının üstünə atıblar.

Toplantıdan çıxan parlamentarilər VIP maşınlarının daşqalaq edildiyini görüb şok olublar. Onlar daş hücumundan qorunmaq üçün hadisəni kənardan izləyiblər.

Hadisə nəticəsində iki ədəd “Toyota” və “Mercedes” markalı avtomobilə ziyan dəyib.

Qarğaların nə üçün məhz deputatların maşınlarını hədəf seçməsi təəccüblə qarşılanıb. Bu hadisənin aydınlaşdırılması üçün deputatlar mütəxəssislər cəlb ediblər.