Qənirə Paşayeva nazirə film təqdim etdi – Foto

qenire-pasayeva-nazire-film-teqdim-etdi-foto-
Oxunma sayı: 653

Azərbaycanı qardaş ölkə adlandıran İraqın Gənclik və İdman naziri Casim Muhammed Cafer Azərbaycana səfəri zamanı bunun şahidi olduğunu və Azərbaycanla münasibətlərin surətlə inkişafında maraqlı olduqlarını deyib. O, həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

Millət vəkili Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva İraqın Gənclik və İdman naziri Casim Muhammed Caferə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu yenidən Azərbaycanda görməkdən bütün azəbaycanlıların məmun olacağını deyib.
Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini deyən nazir Casim Muhammed Cafer dost, qardaş Azərbaycanı sevirik və yanındayıq deyib.