“Qiyamət evi”nin tikintisi başlanıb

qiyamet-evinin-tikintisi-baslanib
Oxunma sayı: 663

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-da terror hadisələrinin və müharibələrin qurbanı olmaqdan ehtiyat edənlər üçün yerin 53 metr dərinliyində sığınacaq tipli binalar inşa ediləcək. Xəbərlərdə sözügedən binalardakı mənzillərdə qalmaq istəyənlərin azı 2 milyon dollar ödəməli olacağı qeyd olunub.
Birləşmiş Ştatların Kanzas əyalətində soyuq müharibə dövründən qalan və yeri barədə ətraflı məlumat verilməyən rayonda qiyamət günündən qorunmaq üçün xüsusi binanın inşa edilir. Yerin 53 metr dərinliyində tikilməkdə olan 14 mərtəbəli binada kino zalı, hovuzlar və kitabxana da fəaliyyət göstərəcək. Yalnız 7 mərtəbəsinin yaşayış üçün nəzərdə tutulduğu binada yerin dərinliyinə enmək üçün quraşdırılan lift barmaq izi ilə işləyəcək.

Yalnız 70 nəfərin tərəvəz və balıq yetişdirərək, sağ qala biləcəyi binanın bir mərtəbəsində yaşamaq üçün qiymətlər 2 milyon dollardan başlayır. Layihə müəllifi Larri Holl müharibə, günəşdəki partlayışlar, iqtisadi çöküş və terror hücumlarından ehtiyat edənlərin layihəyə maraq göstərdiyini deyib. Holl avqust ayınadək bütün mərtəbələrin satışının başa çatacağına ümid etdiyini qeyd edib.