Qızını verməyən ailəyə divan tutuldu

qizini-vermeyen-aileye-divan-tutuldu
Oxunma sayı: 652

Milli.Az xəbər portalı "Asia Times"a istinadən bildirir ki, ailənin böyük qızı, 18 yaşlı Mümtaz onun üçün elçi göndərən 61 yaşlı kişiyə ərə getmək istəmədiyini deyib. Onun ata-anası da qızlarını məcburi nikaha vadar etməyərək elçilərə "yox" cavabı veriblər.

Bir qədər sonra isə Mümtaz əmioğlusu ilə nişanlanıb.

Nişandan günlər keçəndən sonra 6-7 nəfərlik silahlı dəstə Kunduz şəhərinin şimalındakı Bulk Aval səmtində yaşayan ailənin evinə gecəyarısı basqın edib.

Silahlı şəxslər əvvəlcə ailə başçısını yerə yıxaraq döyüblər. Sonra isə özləri ilə gətirdikləri plastik qablardakı akkumulyator turşusunu ailə üzvlərinin hamısının üstünə töküblər.

Kunduz bölgə xəstəxanasının baş həkimi Əbdülşükür Rəhiminin dediyinə görə, ailənin beş üzvü reanimasiyadadır.

"Vücudlarında dərinin demək olar ki, tam əksər hissəsinin yandığı ata və onun böyük qızı isə ölüm ayağındadır. Onların vəziyyəti kritikdir. Ana ilə 13 və 14 yaşlı digər iki qızın vücudlarında çoxlu yanıqlar var", - Rəhimi deyib.