“Qoy, bizdən qorxsunlar”

qoy-bizden-qorxsunlar
Oxunma sayı: 657

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hökumət başçısı bildirib ki, onun həyatına sui-qəsd hazırlayanlardan qorxmur və quldurlara xəbərdarlıq etməyi də unutmayıb : “Qoy, bizdən qorxsunlar”.

Putin ona qarşı hazırlanan sui-qəsddən məlumatlandırılsa da, o, bununla yanaşı planlarını dəyişmək niyyətində olmadığını deyib: “Mənim vəziyyətimdə olan insanlar bununla yaşamaq məcburiyyətindədirlər. Belə şeylər işə öz təsirini göstərməməlidir, onlar mənə heç vaxt mane olmayıblar və olmayacaqlar da”.

Putin belə bir təhlükə ilə 1999-cu ildən bəri yaşadığını deyir. Onun sözlərinə görə, əgər həmişə qorxsa yaşamaq mümkün olmayacaq. Baş nazir eyni zamanda sui-qəsd faktından sonra mühafizə dəstəsini artırmağı düşünmədiyini də əlavə edib.

Səidə