Qubadlı müxalifətçiləri İctimai Palatanı təsis etdilər

qubadli-muxalifetcileri-ictimai-palatani-tesis-etdiler
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, Müsavat Partiyasının qərargahında baş tutan təsis yığıncağında AXCP, Müsavat, VHP Qubadlı şöbələrinin nümayəndələri və bitərəflərdən ibarət 70 nəfər iştirak edib.

Yığıncaqda çıxış edən AXCP sədrinin müavini Nurəddin Məmmədli ictmai-siyasi vəziyyətlə bağlı məruzə edib, İP-in 22 aprelə təyin etdiyi mitinqin zəruriliyindən danışıb.

AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli Azərbaycan torpaqlarının işğaldan azad olunmasını ölkənin demokratikləşməsindən asılı olduğunu deyib. R.Mirhəşimli təsis yığıncağında iştirak edən hər bir nümayəndənin 22 aprel mitinqinə ayrıca təşkilatçı olmaqlarının vacibliyini bildirib.

İclasda 7 nəfərdən ibarət Əlaqələndirmə Şurası seçilib.