Rafiq Tağının həkimi açıqlama verdi

rafiq-taginin-hekimi-aciqlama-verdi-
Oxunma sayı: 671

Qeyd edək ki, R.Tağının ailə üzvləri başda səhiyyə naziri olmaqla 1 saylı Bakı Klinik Xəstəxananın baş həkimini, cərrahları və müalicə həkimlərini məhkəməyə verəcəklərini bildiriblər. A.Tağıyev dedi ki, bu məsələ ilə bağlı hazırda vəkillərlə məsləhətləşmələr aparılır və məhkəməyə təqdim edilməsi üçün sənədlər hazırlanır.

R.Tağını əməliyyat edən həkimlərdən biri Nizaməddin Əsgərov “Azadlıq” radiosuna açıqlamasında məhkəməyə veriləcəkləri barədə xəbərlərə münasibət bildirib: “Biz nə deyə bilərik? Bu, onların şəxsi fikridir. Amma biz o xəstəyə başqalarından pis baxmamışıq”.
Rafiq Tağının vaxtından tez reanimasiyadan palataya köçürülməsi ilə bağlı iradlara gəlincə, həkim deyib ki, bu məsələ onun səlahiyyətinə aid deyil: “Mən kiməm ki? Buna şöbə müdirləri, baş həkimin müavinləri baxır. Vəziyyəti imkan verib ki, onu palataya köçürüblər. Bizim onunla nə qərəzimiz ola bilərdi ki? Biz bütün xəstələrə eyni gözlə baxırıq. Ölməyəydi gərək”.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) R.Tağının qətli ilə bağlı yaydığı birgə məlumata görə, faktla bağlı Xətai Rayon Polis İdarəsində CM-in 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayət iştirakçılarının qısa müddətdə tutulması üçün əlavə istintaq hərəkətləri müəyyən edilib, konkret tapşırıqlar verilib. İctimai rezonans doğuran bu hadisə ölkə prezidentinin xüsusi nəzarətindədir.

Qeyd edək ki, R.Tağının həyat yoldaşı özünə və övladlarına hələ də təhlükə olduğunu bəyan edib və Avropa ölkələrindən sığınacaq istəyib.
Bu arada Güney Azərbaycan Qələm Təşkilatı R.Tağının qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda R.Tağının qətlə yetirilməsini kəskin şəkildə qınanır. Təşkilat Türkiyə, ABŞ, Kanada və başqa ölkələrdə mühacirətdə yaşayan, əslən İrandan olan azərbaycanlı ziyalılar tərəfindən bu il yaradılıb.