Braziliya hökuməti ilə FİFA vuruşur

braziliya-hokumeti-ile-fifa-vurusur
Oxunma sayı: 644

Azerisport.az xəbər verir ki, senatorlar FİFA-nın prezidenti Yozef Blatterin aprelin 11-nə təyin olunmuş görüşə gəlməyəcəyini öyrəndikdən sonra tədbirdən imtina ediblər.

Blatterin sözlərinə görə, o, Braziliyaya iş qrafikinin gərgin olması səbəbindən gəlməyəcək. Braziliyanın təhsil, mədəniyyət və idman üzrə senat komissiyasının sədri Robert Rekian da jurnalistlərə bildirib ki, onlar FİFA-nın nəzarətçisi ilə yox, Blatterlə görüşə razılıq veriblər. Senatorun parlament ifadələri tapmaqda çətinlik çəkdiyi aydın görünür:

“Əgər bu, məndən asılı olsaydı, o, (Valke) özü bir dümsük alardı”. Bununla senator FİFA-nın baş katibinin 2014-cü il çempionatına hazırlığı sürətləndirməsi üçün Braziliyanı dümsükləmək lazım olduğu barədə qalmaqallı deyiminə işarə vurub.

Xatırladaq ki, futbol məmurunun bu sözləri Braziliya ilə FİFA arasında münasibətlərdə böhrana səbəb olmuşdu. Hətta Valke və Blatter buna görə üzr istəməli olmuşdular. Blatter mart ayında təcili Braziliyaya gəlmiş və Prezident Dilma Roussefflə görüşmüşdü. Görüşdə tarixdə ən yaxşı dünya çempionatı keçirmək üçün birgə işləmək barədə razılıq əldə edilmişdi. Lakin, ehtimal ki, senatorlar “səhifəni çevirməyə” və FİFA-da dünya çempionatına hazırlığın texniki cəhətləri ilə məşğul olan Valke ilə əlaqələri bərpa etməyə hələ hazır deyillər.

Senat komissiyası hazırda futbol turnirinin mühüm maliyyə və təşkilati cəhətlərini nizamlayan dünya çempionatı haqqında qanunu müzakirə edir. Məsələn, qanuna əsasən, çempionat zamanı stadionlarda pivə satışına icazə verilməlidi. FİFA pivə şirkətləri ilə çoxmilyonlu müqaviləyə görə pivə satışının olmasını təkid edir.