Rəbiyyət Aslanovaya “Şöhrət” ordeni verildi

rebiyyet-aslanovaya-sohret-ordeni-verildi
Oxunma sayı: 674

Sərəncama görə, R.Aslanova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə əlqədar “Şöhrət” ordeni ilə təltif edilir.

Qeyd edək ki, 4 iyul tarixi R.Aslanovanın ad günüdür. Bu gün onun 60 yaşı tamam olub.

Rəbiyyət Nurullah qızı Aslanova 1951-ci il iyulun 4-də anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru, professordur.
Milli Məclisə 109 saylı Balakən seçki dairəsindən deputat seçilib. Parlamentin İnsan haqları komitəsinin sədridir. Üç övladı var.