Britaniyada partiyalar seçkiqabağı kampaniyanı dayandırdılar

britaniyada-partiyalar-seckiqabagi-kampaniyani-dayandirdilar
Oxunma sayı: 642

“Mançester Arena” konsert kompleksində 19 nəfərin ölümü ilə nəticələnən terrordan sonra leyboristlər partiyasının lideri Ceremi Korbin və baş nazir Tereza Mey seçkiqabağı kampaniyalarını dayandırmaqla bağlı qərar qəbul ediblər.

"Qafqazinfo" xəbər verir ki, Britaniyada növbədənkənar parlament seçkiləri iyunun 8-də baş tutacaq. 

Terror baş verən zaman səhnədə olan amerikalı müğənni Ariana Qrande isə tvitter hesabında baş verənlərdən təəssüfləndiyini yazıb: “Darmadağın olmuşam. Bütün qəlbimlə çox təəssüf edirəm. Sözüm yoxdur”. 

Qeyd edək ki, bu, 2005-ci ildə London metrosunda 50 nəfərin ölümü ilə nəticələnən faciədən sonra ən böyük terror hücumudur.