Rövnəq Abdullayevin xəstəxanaları əlindən alındı

rovneq-abdullayevin-xestexanalari-elinden-alindi
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Həmçinin, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.

Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.

Nazirlər Kabinetinin digər qərarı ilə ARDNŞ-nin balansında olan binalar və yataqxanaların Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib. Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilib.

Nigar Məmmədli