Rusiyada hərbi bazada partlayış oldu

rusiyada-herbi-bazada-partlayis-oldu
Oxunma sayı: 794

Rusiyada hərbi bazada partlayış və yanğın baş verib. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Primoryedə hərbi bazadakı 100 milli metrlik artilleriya mərmilərin partlayış səsləri 10 kilometr məsafədən eşidilir.

Rəsmi məlumat olmasa da, şahidlər partlayış nəticəsində hərbçilər arasında ölən və yaralananların olduğunu bildirirlər. Baza yaxınlığındakı kəndlər köçürülür. Rusiya Fövqəladə Hallar Nazirliyi artıq 2 yaşayış qəsəbəsinin tam köçürüldüyü barədə rəsmi məlumat yayıb. Hərbi bazanın yaxınlığından keçən dəmir yolunda qatarların hərəkəti dayandırılıb.