Sabah Azərbaycan müxalifəti bir araya gəlir

sabah-azerbaycan-muxalifeti-bir-araya-gelir
Oxunma sayı: 676

Vətəndaş Hərəkatı Forumunun dəvəti və təşkilatçılığı ilə sabah Azərbaycanın 8 partiya sədrinin iştirakı ilə görüş keçiriləcək. Tədbirin təşkilatçısı olan Qurban Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, görüşdə məqsəd hazırkı proseslərin, Azərbaycandakı vəziyyətin müzakirəsi, müxalifət partiyalarının əməkdaşlıq perspektivləri, üsulları, formaları, əsasları və bundan sonra görülməli işlərlə bağlı geniş təkliflər müzakirə olunacaq. Tədbirin məqsədi odur ki, xalq görsün ki, jurnalistlər görsün ki, müxalifətin birləşməyini istəyən kimidir, istəməyən kimdir? Bu birləşməyə mane olan amillər hansılardır? Kimin arqumenti nədir? İctimaiyyətlə mətbuat Azərbaycanda özünü müxalifət elan edən liderlərin kimliyini bilsinlər, bu məqsədlə də biz hamını dəvət edirik. Görüş açıq keçiriləcək, hamı gedən müzakirələrin iştirakçısı olacaq. Sonra da jurnalistlər suallarını verəcəklər”.

Q. Məmmədov bildirib ki, tədbirə Azərbaycan Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Liberal, Ümid, Vətəndaş və İnkişaf, Milli İstiqlal partiyaları dəvət edilib: “Burada sədrlər hər şeyi müzakirə edə bilərlər. Sədrlər özləri müzakirə edib qərar verməlidirlər. Lazım gəlsə orada layihə təqdim oluna bilər”.