Sabiq səfirlə sabiq baş nazir ANS-də söyüşdü – Ən yeni tarix

sabiq-sefirle-sabiq-bas-nazir-ans-de-soyusdu-en-yeni-tarix
Oxunma sayı: 678

İki gün əvvəl ANS televiziyasında jurnalist Mirşahin Ağayevin aparıcılığı ilə “Ən yeni tarix” verilişinin çəkilişləri gedərkən dramatik anlar yaşanıb, efir çəkilişləri yarımçıq dayandırılıb. Bu barədə “Qafqazinfo”ya yazdığı “Pənah Hüseynin ANS-dəki rəzaləti” adlı köşəsində jurnalist Arzu Abdulla bəhs edib. Belə ki, bir çox qonaqlarla yanaşı, verilişə Əbülfəz Elçibəy dövründə baş nazir işləmiş Pənah Hüseyn və İranın ölkəmizdə səfiri vəzifəsində çalışmış Əfşar Süleymani dəvət olunub. “Ən yeni tarix”in budəfəki mövzusu “İran-Azərbaycan münasibətləri” olub.

Aparıcı Mir Şahin səfirə xitabən “O vaxtlar Əfşar Süleymani 1992-ci ildə İran hökumətinin Qarabağa yardım etdiyini ilk dəfə söylədi. Bu yardım nədən ibarət idi?” sualına Əfşar Süleymani, “silah-sursat yardımı etdik”, cavabını verib. Pənah Hüseyn bu zaman yerindən etiraz edib ki, dövlətlər arasında olan bəzi məsələlər var ki, onun geniş kütlə üçün açıqlanması düzgün deyil. Sabiq səfir isə bu barədə 20 illik siyasi fəaliyyətini işıqlandırdığı kitabında da yazdığını bildirib. Daha sonra o zamankı prezident Əbülfəz Elçibəyin İrana o qədər də müsbət olmayan münasibəti haqqında danışılanda Pənah Hüseyn bu fikirə kəskin etiraz edib və “Azərbaycan İran münasibətlərinin ən yaxşı dövrü mənim prezidentim Elçibəyin dönəmində olub” deyib. Buna etiraz edən Süleymani isə Pənah Hüseynin prezidenti Elçibəyə əsl “sevgsini” sərgiləyib. Belə ki, Əfşar Süleymani Pənah Hüseynə İrandakı söhbətini xatırladıb. “Pənah bəy, siz İrana gəlmişdiniz. Sizinlə Əbülfəz Elçibəyin İrana olan soyuq münasibətindən danışdıq. Elçibəyin İrana soyuq münasibətinin səbəbini soruşanda Siz belə cavab verdiniz: “Əbülfəz Elçibəy tarixçdir, o, siyasətçi deyil”.

Əfşar Süleymaninin bu xatırlatması vəziyyəti kəskinləşdirib. Keçmiş baş nazir üzünü Mir Şahinə tutub, Əfşar Süleymanini göstərərək, “Bu əskiyi bura niyə çağırmısan?”-deyə bağırmağa və dəhşətli dərəcədə əsəbləşdiyini, özündən çıxdığını sərgilməyə başlayıb. Bu zaman qarşı tərəf, “əskik sənsən”, deyib. Həddindən artıq əsəbləşən Pənah Hüseyn Əfşarinin üstünə yüyürüb, onu vurmaq istəsə də təhlükəsizlik işçiləri buna imkan verməyiblər. Pənah Hüseyn daha sonra Mir Şahinin üstünə qışqırmağa başlayıb: “Məni bu verilişə nahaq çağırmısız. Çağıranda bilsəydim ki, bu şərəfsiz (əlini Əfşar Süleymaniyə uzadıb) də burdadı, heç gəlməzdim”. Əfşar Süleymani isə yenə də sakitcə P.Hüseynin cavabını qaytarıb: “Pənah bəy, şərəfsiz sən özünsən”.

Bu dəfə P. Hüseyn yenə Əfşar Süleymanini döymək üçün onu üstünə yeriyib. Və Əfşar Süleymaniyə üzünü tutub “Bu oğraş iki ildir arvad məhkəmələrində qalıb”-deyib.

Bu dəfə də Əfşar Süleymani sakit şəkildə “Elə bunu da sən etmisən də” cavabını verib.

Vəziyyətin nəzarətdən çıxdığını görən Mir Şahinin “Çəklişi saxlayın, bu veriliş efirə də getməyəcək, qonaqlardan üzr istəyirəm” bəyanatını verib.

Baş verənlərlə bağlı “Qafqazinfo” Ə. Süleymani ilə əlaqə saxlayıb. Sabiq səfir köşə yazısında qeyd olunan məqamları təsdiqləyərək, prosesin bu şəkildə davam etməsində günahkar kimi P. Hüseynin adını çəkib: “Pənah Hüseynin xasiyyətini hamı yaxşı bilir. Hətta Nəsib Nəsibli mənə baş verənlərdən çox pis olduğunu dedi”.

P. Hüseyn isə “Qafqazinfo”ya belə cavab verib: “Mən ANS-in efirində olmamışam”