Samir Cavadzadə sərbəst buraxıldı

samir-cavadzade-serbest-buraxildi
Oxunma sayı: 766

Nəsimi rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 20-də dostu və otaq yoldaşı Elvin Hüseynovu aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaqlayan S.Cavadzədədən ölkəni tərk etməmək barədə iltizam alınmışdı.

Lakin noyabrın 19-da o, Azərbaycan-Rusiya sərhədində saxlanılıb. Ötən gün məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilsə də, axşam saatlarında o, sərbəst buraxılıb.

Qeyd edək ki, S.Cavadzadə sentybarın 20-də dostu və otaq yoldaşı Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirib. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də hüquq-mühafizə orqanlarının açıqlamasından sonra əməlini etiraf edib.