Sarkisyandan korrupsiyaya “cərrahi müdaxilə”

sarkisyandan-korrupsiyaya-cerrahi-mudaxile
Oxunma sayı: 640

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Sarkisyan korrupsiyaya “cərrahi müdaxilə” edilməsini təklif edib.

Bu barədə parlament iclasında çıxışı zamanı ölkənin baş naziri Tiqran Sarkisyan məlumat verib: “Mövcud situasiya bizi qane etmir. Dövlət başçısı qətiyyətli, cərrahi əməliyyat tələb edir ki, nəzərə çarpacaq dəyişikliklər əldə edə bilək. Mən Korrupsiyayla Mübarizə Şurasının iclasını çağırdım. Vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək əhəmiyyətli dərəcədə lazımdır”.