Sarkozi İlham Əliyevə məktub göndərdi

sarkozi-ilham-eliyeve-mektub-gonderdi
Oxunma sayı: 640

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Fransa Respublikasının nəqliyyat naziri Tierri Marianini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Damien Lorası qəbul edib.

Nəqliyyat naziri Tierri Mariani Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlətimizin başçısına təqdim edib. Fransalı qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Fransa Prezidenti Nikola Sarkozinin məktubunda ikitərəfli münasibətlərimizin inkişafına dair səmimi fikirlərə görə minnətdarlıq edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.