Sarkozi yoxsa Olland?

sarkozi-yoxsa-olland
Oxunma sayı: 664

Seçkilərin ikinci turunda Fransa tarixində ikinci dəfə sosialist namizəd qalib gəldi. Fransua Olland ümumi səslərin 53%-ni qazanaraq ermənilərin fəal müdafiəçisi sayılan Sarkozini yendi. Bəzi ekspertlər Sarkozinin məğlubiyyətini onun Türkiyə və Azərbaycanla münasibətlərə zərbə vurmasının fərqinə varmadan var gücü ilə qondarma erməni soyqırımının inkar qanunun qəbuluna çalışması ilə əlaqələndirirlər. Hesab edilir ki, Sarkozinin həm ermənipərəst mövqeyi, həm də onun islamafobiya və miqrantfobiya problemlərini qabartması prezidentliyini itirməsi ilə nəticələndi. Ekspertlər qeyd edirlər ki, Sarkozinin prezident seçilərsə miqrantların yarısını qovacağı ilə bağlı bəyanatı, müsəlmanlara qarşı radikal mövqeyi, Türkiyə ilə münasibətləri gərginləşdirməsi, əksəriyyəti ərəb olan 5 milyon müsəlmanın, Fransada vətəndaşlıq ala bilən miqrantların ona səs verməməsi ilə nəticələnib.

Bəs əslində necədir? Həqiqətənmi sarkozinin ermənipərəst mövqeyi, müsəlmanlara və digər miqrantlara nifrəti onun hakimiyyətinə son qoydu?

Əslində, Sarkozinin prezidentliklə vidalaşmasının əsas səbəbi yuxarıda göstərilən faktlar deyil. Həm İslamafobiya, həm də türkofobiya Fransa da daxil olmaqla bütün Avropanın bəlasıdır. Xüsusən də Fransaya miqrantların, əsasən də müsəlmanların axını sadə fransızlarda qıcıq doğurur. Fransızlar İslam və xristian sivilizasiyalarinin toqquşduğunu açıq şəkildə bildirərək dövlətin müsəlmanları qəbul etməməsini istəyirlər. Türkiyəyə münasibət məsələsinə gəldikdə isə, hətta Sarkozidən öncə də Fransanın mövqeyi qardaş ölkəyə qarşı mənfi olub. Qardaş ölkənin Avropa Birliyinə daxil olmasını əngəlləyən dövlətlərdən biri də Fransadır. Əlbəttə, münasibətlərin kritik həddə çatmasında Ərdoğan-Sarkozi münasibətləri də rol oynayıb. Fəqət türkofobiya Fransa cəmiyyətinin bir hissəsinin tələbidir. Nəinki türkofobiya, islamafobiya da, miqrantfobiya da bir qədər sərt ifadə ilə desək, Fransız xalqının bir hissəsinin istəyidir. Ona görə də demək olmaz ki, Sarkozinin müsəlmanlara, miqrantlara, türklərə qarşı mənfi münasibətləri onun Fransua olanda məğlubiyyətinin əsasını təşkil edir.Hərçənd ki, bu tendensiya da təsirsiz ötüşməyib.

Sarkozinin məğlubiyyətinin əsas səbəbi, Qlobal dünya böhranının Fransada da ortaya çıxardığı problemlərdir. Qeyd edək ki, Fransadakı hakimiyyət dəyişikliyi qlobal iqtisadi böhran başlanandan bəri prezident və baş nazirləri əhatə edən 11-ci siyasi dəyişiklikdir.

Sarkozi dönəmində Avropa birliyini əhatə edən iqtisadi böhranı aradan qaldırmaq Fransa və Almanıyanın üzərinə düşmüşdü. Fransua Olland isə seçki kampaniyası dövründə Fransanın iqtisadi böhrandan xilas olmasına səbəb olacağını bildirməklə yanaşı, ölkəsinin mövcud böhranı üzərinə götürməyəcəyini dedi. Yeni prezident böhranın maliyyə xərclərini fransız xalqının çiyninə qoymaq fikrində olmadığını bildirdi. Və Fransızların səsini qazandı. Yeni dövlət başçısının Fransada geniş yayılmış islamafobiya, türkofobiya, miqrantfobiya məsələələrinə gəldikdə isə, OLLandın bu məsələlərdə böyük ehtimalla müsbətə doğru addımları olmayacaq. Çünki bu tendensiya Fransa cəmiyyətindən doğan məsələlərdir. Əslində Sarkozi də bu tendensiyadan istifadə etmək istəyirdi.

Böyük ehtimalla ilk dövrlər üçün Olland xarici siyasətdə radikal addımlar atmayacaq. Təəssüf ki, yeni prezidentin erməni diasporası ilə münasibətləri də yaxşıdır. Belə ki, Ollandın 3 köməkçisi ermənidir və yeni prezident sosialistdir. Sosialistlərin isə erməni-türk məsələsində birincilərin tərəfini tutması məlumdur. Mümkündür ki, Olland Ərdoğanla şəxsi münasibətlər qursun, amma bunun gərginləşmiş Türkiyə-Fransa münasibətlərinə pozitiv təsir edəcəyi o qədər də gözlənilmir. Olland solçu olduğu üçün miqrantlarla bağlı ola bilsin ki, bir qədər yumşaq davransın. Amma ehtimal ki, müsəlmanlar bu məsələdə istisnadır, çünki sosialistlərin islama münasibəti bəllidir.