Səfirlikdə tonqal qaladılar

sefirlikde-tonqal-qaladilar
Oxunma sayı: 674

“Qafqazinfo” xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, ölkə jurnalistləri, millət vəkilləri də iştirak edib. Səfir Hülusi Kılıc tədbirdə çıxış edərək Türk Dünyasının ortaq bayramı olan Novruz haqda danışıb. O, Azərbaycan xalqını və qonaqları bayram münasibəti ilə təbrik edib. Sonra isə qonaqlar üçün ziyafət təşkil olunub.

Tədbirin sonunda səfirliyin həyətində bayram tonqalı yandırılıb. Səfir də daxil olmaqla tədbir iştirakçıları tonqalın üstündən tullanıblar.